Yekaterinburqda həmyerlimizin məhkəməsi keçirilir
13:01 HadisəYekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.
APA-nın Rusiya bürosu xəbər verir ki, jurnalistlər məhkəmə zalından çıxarılıb.
Dövlət ittihamçısı Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edib.
Qeyd edək ki, A. Səfərov 1963-cü il təvəllüdlüdür. O, iyulun 27-də Rusiya hüquq mühafizə orqanlarının hücum etdiyi "Kaspi" kafesinin sahibidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31