Yekaterinburqda saxlanılan azərbaycanlılar məhkəməyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlılar məhkəməyə gətirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

"İyunun 29-da bir qrup azərbaycanlı Yekaterinburqun Leninski Rayon Məhkəməsinə gətirilib. Onlar bir neçə qətldə və adam öldürməyə cəhddə ittiham olunurlar.

İstintaq materiallarına görə, cinayətlər 2001, 2010 və 2011-ci illərdə törədilib. İttiham olunan şəxslərin ömürlük həbs cəzası alma ehtimalı var", - məlumatda deyilir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.
Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31