675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu”- Üçüncü dəyişiklik
16:46 HadisəHazırda dövlətə 675 min manat vergi borcu olan "Regional Hospital" MMC-nin qanuni təmsilçisi üçüncü dəfə dəyişsə də borcu azalmır.
Musavat.com xəbər verir ki, aylardır hospitalın yaranmış vergi borcu günü-gündən artır. MMC-nin yeni qanuni təmsilçisi Qorçuyev Pərviz Dosməmməd oğludur.
Qısa bir müddət əvvəl isə qanuni təmsilçi Daşdəmirov Eldəniz Mübariz oğlu idi. Eldəniz Daşdəmirov cəmi bir neçə ay MMC-də qanuni təmsilçi olaraq adı keçirdi. Ondan əvvəl isə Hüseynov Fərid Dilbazi oğlu MMC-nin rəhbəri idi. Yaranmış vergi borcu da onun rəhbərliyi dövrünə aiddir.
2017-ci ildə dövlət qeydiyyatına alınan "Regional Hospital" MMC vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə bir neçə dəfə maliyyə sanksiyası ilə üzləşib.
Bundan başqa hospitalda əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunmasına görə də 1000 manat maliyyə sanksiyası tətbiq edilib.