Azərbaycanı hədələyən terrorçular İrandan qaçır
17 İyun 2025 10:55 Hadisəİranda SEPAH-ın nəzarəti altında fəaliyyət göstərən "Hüseyniyyun" terror qruplaşmasının üzvləri İranı tərk edirlər.
Olaylar.az xəbər verir ki, bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb.
Bildirilib ki, qruplaşmanın bəzi üzvləri İraqın Nəcəf və Samirə şəhərlərinə qaçıblar.
Qeyd edək ki, "Hüseyniyyun" Azərbaycana qarşı təxribatları ilə tanınır. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31