Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi
12 İyun 2025 16:05 HadisəRüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin rəisi Anar Aslanovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Olaylar.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31