Xırdalanda ev yanır

Məlumat verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda qüvvələr tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31