Tovuzda müəllim valideynlərdən qızıl tələb edib? - Araşdırma BAŞLADI - VİDEO

 

Tovuzda orta məktəb müəlliminə məxsus olduğu iddia edilən qalmaqallı görüntülər yayılıb.

Məlumata görə, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

İddiaya görə, Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəllimi özünə təmtəraqlı tədbir təşkil edib.

Qeyd olunur ki, o, valideynlərdən hədiyyə qismində zinət əşyası tələb edib.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən "oxu.az"a faktla bağlı araşdırma aparıldığı bildirilib.

 

Görüntüləri təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31