77 kiloqramdan artıq narkotik vasitə aşkar edildi
5 İyun 2025 16:28 HadisəAzərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına "divar paneli" yükü aparan Türkiyə Respublikasının vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsasalı yoxlamaya cəlb olunub.
Yoxlama zamanı yük nəqliyyat vasitəsində "divar paneli" yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 77 kq 150 qr olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırılma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31