Cəzaçəkmə müəssisəsinin dam örtüyünün uçması nəticəsində məhkum ölüb

Ötən gün cəzaçəkmə müəssisəsində dam örtüyünün uçması nəticəsində xəsarət alan məhkum bu gün həyatını itirib.

Bu barədə Olaylar.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

"01.06.2025-ci il tarixində saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə 1 məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun 02.06.2025-ci il tarixdə aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31