DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqlayıb
31 May 10:14 HadisəMayın 30-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 725, 550, 450, 447, 300, 204, 73, 72, 60, 50 manat və 49 ABŞ dolları məbləğində vəsait oğurlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.
Müraciətdə bildirilib ki, bank və ya digər qurum adı ilə edilən naməlum zənglərə, mesajlara, linklərə inanılmamalıdır:
"Hesabınız dondurulub, müdaxilə var", "Viza üçün ödənişlər", "Qazandınız", "Sığorta aktivləşdirilir", "Sərfəli kredit" və bu kimi cəlbedici təkliflər kiberfırıldaqçılıq məqsədi daşıya bilər. Heç bir halda kartın arxa hissəsindəki CVV/CVC kodları və OTP şifrəsi paylaşılmamalıdır".
Qeyd edilib ki, şübhəli hallarla rastlaşdıqda vətəndaşlar "102" Xidməti Zəng Mərkəzinə və ya ərazi polis orqanlarına müraciət etməlidirlər. Daxili İşlər Nazirliyi tərəfindən kibercinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.