DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqlayıb
30 May 10:59 HadisəMayın 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2250, 1200, 1145, 350, 170, 155, 80, 58, 50, 25 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.
Xarici nömrədən şübhəli zəng gəlirsə, telefonu açma, mesajı oxuma, linkə daxil olmadan blokla - DİN-dən çağırış
Müraciətdə bildirilib ki, naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olmaq tövsiyə edilib,
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır".