Hərbi qulluqçumuz Kəlbəcərdə minaya düşdü
29 May 13:27 HadisəHərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.
Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31