DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqlayıb
29 May 12:27 HadisəMayın 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 340, 100, 36 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.
Müraciətdə bildirilib ki, naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olmaq tövsiyə edilib,
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31