Elektrobilini kustar üsulla şarj edənlərə XƏBƏRDARLIQ - VİDEO
10:57 HadisəÇoxmərtəbəli binadan xətt çəkib maşını şarj edir...
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Sürücü elektromobilini binanın 8-ci mərtəbəsindən endirdiyi elektrik naqili ilə enerjiyə qoşub.
Paytaxt küçələrində biraz gəzmək kifayət edir ki, müxtəlif ünvanlarda, eyvandan aşağı endirilən elektrik naqili görəsən. Mütəxəssislərin sözlərinə görə bu elektromobil sürücüləri üçün qənaətcil üsul kimi görünsə də elə deyil. Təhlükəsizlik baxımından isə ciddi problemlər yarada bilər.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, mənzildən qustar üsul ilə kənara çəkilən elektrik xətti həm də yanğın kimi xoşagəlməz hadisələrə səbəb ola bilər.
Elektrik avtomobilləri üzrə mütəxəssilər isə bildirir ki, sözügedən nəqliyyat vasitələri üçün xusisi ölçüdə naqildən istifadə olunmalıdır. Bundan əlavə elektrik enerjisinin gücü avtomobilə uyğun olmazsa nəqliyyat vasitələrinin batareyalarını sıradan çıxara bilər.
Videomaterialı təqdim edirik.