Bakıda bir nəfər 9 qaşıq uddu - ŞOK HADİSƏ

Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

Olaylar.az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Hazırda pasiyentin vəziyyəti stabildir və reanimasiya şöbəsində nəzarətdə saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31