DİN: Bank kartı sahibləri diqqətli olmalıdır, onlayn təhlükə var

Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

"Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var.

Telefonla bank kartlarına yönələn istəklər dələduzluqdur. Onlayn cinayət davam edən və artan kiber təhlükədir.

Şübhəli xarici Vatsap zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31