Sevgilisinin saçını qırxan kişi həbs edildi

Masallı rayonunda sevgilisinin başını qırxaraq onu təhqir edən şəxs həbs olunub.

Olaylar.az xəbər verir ki, hadisə Masallı şəhəri, H.Səmədov küçəsində baş verib.

Bakıda yaşayan Masallı rayon sakini Anar Məmmədov Masallıya sevgilisinin yaşadığı mənzilə gedib. O, yaşadığı qadının kiminləsə görüntülü danışdığını zənn edib. Bu məqsədlə Anar sevgilisinin əl-qolunu bağlayıb, saçını ülgüclə qırxıb və təhqir edib. Qadın məsələ ilə bağlı polisə şikayət edib.

Şikayət nəticəsində A.Məmmədov saxlanılıb.

Masallı Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədov 8 sutka müddətinə həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31