Bu rayonu su basdı - Əhali təxliyə edilir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

FHN Mətbuat xidmətindən Olaylar.az-a verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzinin qüvvələri ərazilərə cəlb olunub.

Qeyd olunub ki, hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Bundan əlavə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən rayonun Qarasu kəndi yaxınlığında ferma ərazisində köməksiz vəziyyətdə qalmış 2 nəfər təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31