Paytaxtda silah-sursat aşkarlanıb
3 May 13:20 HadisəBinəqədi və Qaradağ rayonlarında silah-sursat aşkarlanıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Binəqədi və Qaradağ rayonlarında 3 avtomat silahı, 5 qumbara, 3 patron darağı və 46 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır",- əlavə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31