Ötən ay Azərbaycan-İran sərhədində silahlı insident olub, 2 nəfər zərərsizləşdirilib
2 May 2025 13:31 HadisəAprel ayında İran İslam Respublikasından 2 pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən 2 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 22 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31