PA-nın sektor müdiri işdən ÇIXARILDI

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.

Olaylar.az xəbər verir ki, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.

Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat xidmətinin çəkiliş qrupunda çalışırdı.

Onun həmçinin, MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31