Ağsuda seldə ölən şəxs rəis imiş
16 Aprel 15:36 HadisəAğsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.
Olaylar.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan digər 3 nəfər Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.
Qeyd edək ki, yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31