Bakı küçələri yağan yağışdan sonra - VİDEO

Bakıda  başlayan güclü yağış şəhərin bir sıra ərazilərində ciddi fəsadlara səbəb olub.

Olaylar.az xəbər verir ki, yolların su ilə dolması nəqliyyatın hərəkətini çətinləşdirib, bir çox avtomobil yolda qalıb.

Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub, su basmış ərazilərdə tədbirlər görülür.

Kadrlarda Masazır və Sabunçu qəsəbələrində yaranmış vəziyyət aydın şəkildə əks olunur.

Hava proqnozlarına əsasən, yağıntıların yaxın saatlarda da davam edəcəyi gözlənilir. Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31