PUA vasitəsilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
15 Aprel 2025 10:45 HadisəDövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
DSX-dən Olaylar.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində aprel ayının 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31