Deputat qanunsuz sökülən evdən danışdı
11 Aprel 2025 11:41 Hadisə"Hökumətin hesabatında sənədsiz evlər barədə problemi qaldırmışdıq. Əli Əsədova təşəkkür edirəm ki, bizə bununla bağlı görüləcək işlərlə bağlı sənəd göndərdi". "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, bu günlərdə tikinti şirkətinin mülkiyyətçinin evinin qanunsuz olaraq sökülməsi baş verdi: "Bu qanunsuz addım idi. Aydındır, mülkiyyətçi evin baha qiymətə satılmasını istəyir, lakin qiymət reallığa uyğun olmalıdır. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atmalıdır. Çünki sahibkar və mülkiyyətçi arasında bu məsələlər uzandıqca qəzalı binalar problemi qalmağa davam edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31