Abşeronda əl qumbaraları və partladıcılar aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Olaylar.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itin tətbiqi ilə aparılan əməliyyat nəticəsində döyüş tətbiqinə yararlı 4 ədəd F-1 əl qumbarası, 13 ədəd UZRQM partladıcısı, 2 ədəd süngü bıçağı, 7 ədəd 7,62 mm-lik və 34 ədəd 5,45 mm-lik mərmi aşkar edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Abşeronda əl qumbaraları və partladıcılar aşkar edilib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31