Azərbaycandakı zəlzələ Ermənistanda hiss olundu

"Azərbaycanda axşam saatlarında baş verən zəlzələ Ermənistanda hiss olunub".

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb.

"Aprelin 8-də yerli vaxtla saat 00:35-də Azərbaycanda zəlzələ qeydə alıb. Episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib. Zəlzələ Ermənistanın Qeqarkunik rayonunun Vardenis şəhərində, həmçinin Sotk və Kut kəndlərində (2-3 bal) hiss olunub", - deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31