əktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olunub

Sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Trend-in sorğusuna cavab olaraq bildirib.

Qeyd edib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

"Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər",- deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31