Azad edilmiş ərazilərdə daha 120 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə martın 31-dən aprelin 6-dək 13 tank əleyhinə mina, 107 piyada əleyhinə mina, 870 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2009.1 hektar ərazi minalardan təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31