Tovuzda itib Gəncədə tapılan məktəbli qız evdən niyə qaçıb? - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Tovuzda itkin düşən məktəbli qız tapılıb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilib və o Tovuz Rayonuna gətirilib.

Olaylar.az xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə,  2012-ci il təvəllüdlü A.Süleymanova pisixoloji problemləri olub. 

Ailəsində yaşadığı məsələyə görə acıq edib Gəncəyə getmək qərarına gəlib. Daha sonra heç kimə xəbər etmədən özbaşına şəkildə Gəncə şəhərinə gəlib.

Polis əməkdaşlarının axtarış tədbirləri nəticəsində isə Gəncədə tapılıb. 

Xatırladaq ki, Tovuz rayonu Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü A.Süleymanova aprelin 3-də  saat 18 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxaraq itkin düşmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31