Martda azad edilən ərazilərdə 4 556 hektar ərazi minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən mart ayında icra olunan əməliyyatlar barədə məlumatlar açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Olaylar.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 331 piyada əleyhinə mina, 105 tank əleyhinə mina, 9 755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4 556 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Martda azad edilən ərazilərdə 4 556 hektar ərazi minalardan təmizlənib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31