Bakı-Moskva sərnişin təyyarəsi üçün PUA təhlükəsi: bu şəhərə yönləndirildi
11 Mart 16:16 HadisəBu gün səhər saatlarında Bakı-Moskva reysi ilə uçan sərnişin təyyarəsi Kazandakı ehtiyat aerodroma yönləndirilib.
Olaylar.az-ın əldə etdiyi məlumata görə, bu, Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus Airbus A320-214 sərnişin təyyarəsi olub.
Təyyarə Moskva vilayəti yaxınlığında havada iki dəfə dövrə vurduqdan sonra Kazana yönəlib.
Alternativ aerodroma getməyə səbəb Moskva hava qovşağının hava limanlarında PUA hücumları olub. /"Unikal"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31