Zəncəfillə qatıq 38 yaşlı kişinin ölümünə səbəb oldu
6 Mart 2025 13:22 HadisəArıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.
Olaylar.az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.
Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir.
İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31