Xocavənddə əl qumbarasının partlaması nəticəsində 1 nəfər xəsarət alıb

2025-ci il 5 mart tarixində Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verib.

Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Sadıqov Əli Ələhbər oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət almışdır.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!, - deyə məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31