“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yanğın hadisəsi ilə bağlı rəsmi açıqlaması
13:38 Hadisə2025-ci il martın 2-də, saat 19:45 radələrində İçərişəhər Kiçik Qala 8-də yerləşən iaşə obyektində enerji verən elektrik kabellərində kiçik partlayışlar baş vermişdir. Yanğın hadisəsinin qarşısının alınması məqsədilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mühafizə Xidməti yaxınlıqda olan vətəndaşları ərazidən uzaqlaşdırmış və dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə zəng edərək hadisə barədə məlumat vermişdir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunmuş və yanğının genişlənməsinin qarşısı alınmışdır. Hadisə nəticəsində ətraf binalara heç bir zərər dəyməmiş və yanğınsöndürənlərdən və Qoruq İdarəsinin mühafizə işçilərindən xəsarət alan olmamışdır.
İaşə obyektinin elektrik naqilləri "Azərişıq" ASC tərəfindən bərpa edilmişdir.