Naxçıvanda daha bir qurumda yoxlama aparılır
28 Fevral 2025 12:07 HadisəNaxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlamalara başlanıb.
Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Dövlət Nəqliyyat Xidməti" Publik Hüquqi Şəxsində yoxlamalar həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi APA-nın sorğusuna cavab olaraq bildirib ki, "Naxçıvan Dövlət Nəqliyyat Xidməti" Publik Hüquqi Şəxsinin fəaliyyət dövrü üzrə iş planına uyğun olaraq, aidiyyəti dövlət orqanı tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbiri təşkil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31