Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanıldı
11:10 HadisəFevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31