Xırdalanda özünə antibiotik vuran qadın öldü
26 Fevral 2025 11:50 HadisəAbşeronda özünə iynə vuran qadın ölüb.
Olaylar.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib.
Şəhər sakini, 42 yaşlı Gülnarə Ənvər qızı Cahangirova yaşadığı evdə özünə antibiotik iynəsi vurub.
İynədən sonra halı pisləşən qadın xəstəxanaya müraciət edib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır. //Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31