Ötən gün kanalizasiya quyusuna düşən qızın səhhəti açıqlandı

Ötən gün Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində kanalizasiya quyusuna düşən gənc qızın səhhəti açıqlandı.

Olaylar.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin Travmatologiya və ortopediya şöbəsinin müdiri, həkim travmatoloq-ortoped Sənan Aşirov bildirib ki, Zeynalova Zəhraxanım Bakı Sağlamlıq Mərkəzinə bel və çanaq nahiyyələrində ciddi ağrılarla müraciət edib.

"Aparılan ilkin müayinələr nəticəsində xəstənin bud çanaq və bel nahiyyəsinə MRT (Maqnit Rezonans Tomoqrafiya) tətbiq olunduqdan sonra çanaq sümüklərinin və oma sümüyünün zədələnməsi, əzilməsi və sınması müəyyən edilib. Hazırda pasiyentin vəziyyəti stabildir, konservativ müalicəsi davam etdirilir", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31