Heydər Əliyev prospektində magistral xətdə baş verən qəza aradan qaldırıldı

Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırıldı.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

"Mütəxəssislərin Coğrafi İnformasiya Sistemləri vasitəsilə ünvanı tez və dəqiq müəyyənləşdirməsi və rayon sukanal idarəsinin qəza briqadasının operativ fəaliyyəti nəticəsində təmir və bərpa işlərinə dünəndən başlanılıb və əməkdaşlarımızın yüksək peşəkarlığı sayəsində problem günün birinci yarısı həll olundu.

Nəzərinə çatdıraq ki, elanda suyun əvvəlki rejimlə günün iki yarısından sonra verilməsi qeyd edilmişdi. Lakin işlər tez yekunlaşdırıldığından hazırda Nərimanov rayonu üzrə abonentlərin su təchizatı bərpa edilib", - deyə ADSEA-dan bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31