Qarlı havada xəsarət alanların sayı AÇIQLANIB
24 Fevral 2025 09:54 HadisəRespublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 89-u qadın, 90-ı kişi olmaqla, 179 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
"Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub", - məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31