Qara dənizdə "Natiq Əliyev" tankeri yük gəmisi ilə TOQQUŞDU - VİDEO
21 Fevral 16:32 HadisəRusiyanın Novorossiysk dəniz limanında iki gəmi toqquşub, onlardan biri yüngül zədələnib.
Olaylar.az bildirir ki, bu barədə Rusiya KİV məlumat yayılıb.
Məlumata əsasən, Qara dənizdə tanker yük gəmisinə çırpılıb. Toqquşmadan sonra gəmilər bir neçə saat bir-birinə kilidlənmiş vəziyyətdə qalıb. Qəzanın əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi bildirilir. Belə ki, güclü dalğaların təsiri ilə gəmilərdən biri lövbərdən çıxaraq digərinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.
Qeyd edilib ki, Novorossiysk limanında toqquşan gəmilər "NATIG ALIYEV" tankeri və "BEGONIA S" quru yük gəmisidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31