Avtobuslar xidmət etməkdən imtina etdi, yüzlərlə insan yolda qaldı - VİDEO

Dünən axşam saatlarından etibarən Bakıda yağan qar və yolların buz bağlaması ictimai nəqliyyatın fəaliyyətində problemlər yaradıb.

Olaylar.az qafqazinfo-ya isatinadla xəbər verir ki, axşam saat 21:00-dan sonra bir çox istiqamətlərə avtobusların intervalında böyük fasilələr yaranıb, bəzi yerlərdə isə ümumiyyətlə marşrut avtobusu tapılmayıb.

Sərnişinlər yaranmış vəziyyətlə bağlı sosial şəbəkələrdə çoxsaylı görüntülər paylaşıblar. Onlar yolların buz bağlamasından, avtobusların xətlərdən kənarlaşdırılmasından şikayətləniblər. Xüsusilə Bakının kənd və qəsəbələri istiqamətində ciddi problemlər yaranıb.

Həmin görüntülərdən bəzilərini təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31