Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi keçiriləcək

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Olaylar.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 21-nə təyin edilib.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31