Şəkidə avtomobil aşdı - xəsarət alan var

Şəkidə minik avtomobili aşıb.

Olaylar.az xəbər verir ki, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunda, Şəki rayonu İnçə kəndi ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31