Honq Konq–London reysi ilə uçan təyyarə Bakıda məcburi eniş etdi

"Cathey Pasific" aviaşirkətinin Honq Konq - London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Aeroportun mətbuat xidmətindən  verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan, "Airbus A350" təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.

Bildirilir ki, sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.

Qeyd edilik ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31