Bakıda mağazada külli miqdarda aksiz markasız elektron siqaret aşkar edilib

Bakıda Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış elektron siqaretlər aşkar edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, DGK Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində şəhərin Qaradağ rayonunda yerləşən mağazaya məhkəmə qərarı əsasında keçirilmiş baxış zamanı Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış, ümumilikdə 3717 ədəd müxtəlif markalı birdəfəlik istifadə üçün elektron siqaret və 200 ədəd elektron siqaret üçün maye aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31