DSX-dən əməliyyat: İran vətəndaşı saxlanıldı

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.

Bu barədə Olaylar.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31