Türkiyədəki yanğının əsl səbəbləri: Əvvəldən bəlli imiş

Türkiyədə baş verən dəhşətli yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb.

Olaylar.az xəbər verir ki, Bolu Kartalkayada 12 mərtəbəli "Grand Kartal" hotelində baş verən yanğından sonra qonaqları xilas etməyə çalışan otel işçiləri yanğının böyüməyinə səbəbin tamamilə səhlənkarlıq olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, oteldə baş verəcək hər hansı hadisə üçün əvvəlcədən tədbir görülməyib. Onların sözlərinə görə, yanğın müdriyyət tərəfindən gec fərq edilib.

"Taxta binadır. Yanğın siqnalı olsaydı, bu qədər insan ölməzdi. Yəni, var, amma işləmir" - otel işçisi bildirib. Otelin təmizlik işçisi isə "Mərtəbələrdə yanğınsöndürən yoxdur, yanğın siqnalları işləmir" sözlərini deyib.

Otelin çöl üzlüyü taxta olduğundan alov sürətlə yayılıb.

Otel işçisi Halil Gümüş bildirib ki, gecə yuxudan oyandıqdan sonra oteldəki yanğına ilk müdaxiləni həmkarları ilə birgə edib:

"Qışqırıq səsinə oyandım.O səslər hələ də qulaqlarımda cingildəyir. İnsanların "məni xilas et" deməkdən başqa çarəsi yox idi" .

Yanğınsöndürmə briqadası gec gəldiyinə görə dostları ilə birlikdə qonaqları xilas etməyə çalışdığını deyən otel işçisi Kamal Gümüş həmin anlar haqqında bunları deyib: "Çox insan özünü xilas etmək üçün pəncərədən tullandı" .

Otelin içindəki insanların tüstüdən yol tapa bilmədiklərini, otelin arxa tərəfində yerləşdiyi üçün müdaxilənin mümkün olmadığını və oteldə yanğına qarşı görülən tədbirlərin qeyri-kafi olduğunu bildirən təmizlik işçisi  " Düzgün yanğın nərdivanı yoxdur, mərtəbələrdə yanğınsöndürənlər belə yoxdur, yanğın siqnalizasiyaları işləmir" deyərək üsyan edib.

Qeyd edək ki, yanğınla bağlı 9 nəfər saxlanılıb.Araşdırmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31