Azərbaycanlı məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşüb - TIR onları vurub...
20 Yanvar 05:50 HadisəMüğənni Bahar Lətifqızı yaxın zamanlarda düşdüyü ağır qəzadan danışıb.
Titul.az xəbər verir ki, xanım sənətçi Gəncəyə gedərkən çox qorxunc bir qəzaya düşdüklərini bildirib.
Bahar avtomobili yol kənarında park vəziyyətində olarkən qəfil bir TIR-ın gəldiyi sürətlə maşınını vurduğunu deyib.
Müğənni xoşbəxtlikdən ciddi xəsarət alan və ölənin olmadığını bildirsə də, avtomobilinə 16 min manat dəyərində ciddi ziyan dəydiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31